Hikmət Qafarlı beynəlxalq təyinat aldı

6.03.2023 10:52 302
Ölkə futbolu
Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun qarşılaşmalarını idarə edəcək.

Martın 21-dən 26-dək Serbiyada təşkil olunacaq qrup oyunlarında Serbiya, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaq.