Hakimlərimiz Belçika millisinin oyununda

30.11.2024 14:31 319
İdman
Futzal hakimlərimiz beynəlxalq təyinat alıblar.

"Football-plus.az" xəbər verir ki, AÇ-2026-nın əsas mərhələsi çərçivəsində Çexiya – Belçika oyunu FİFA referilərimizə tapşırılıb. Plzen şəhərində baş tutacaq matçı Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov idarə edəcək.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.