Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət millimiz hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda 1-ci Liqa təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Bu görüşdə U-18 yığması 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, 18 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı avqustun 31-ə kimi davam edəcək.