U-19 millimiz Belarusla yoxlama oyunu keçirib

4.02.2025 22:52 278
Yığma
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət yığmamız ilk yoxlama oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da olacaq.