Milli komandadan ayrılmalı oldu

23.03.2025 11:36 8
Dünya futbolu
Alisson Bekker Braziliya yığmasının düşərgəsini tərk edib.

"Football-plus.az" xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə oyununda (2:1) xəsarət alıb.

Rəqib futbolçusu Davinson Sançeslə toqquşan qapıçı kəllə-beyin travması alıb. Matçı davam etdirə bilməyən qolkiperin beyin silkələnməsi şübhəsi də var.“Liverpul”un düşərgəsinə qayıdan Bekker İngiltərədə müayinələrdən keçəcək.

O, Braziliya yığmasının seçmə mərhələnin martın 26-da Argentinaya qarşı keçiriləcək oyununu buraxacaq.