Milli komandadan ayrılmalı oldu

26.03.2024 11:30 184
Avropa Liqası
Harri Maquayr İngiltərə millisinin düşərgəsini tərk edib.

31 yaşlı futbolçu martın 23-də Braziliya ilə keçirilən yoldaşlıq matçında zədələnmişdi. “Mançester Yunayted”in müdafiəçisi tibbi müayinədən keçib və nəticələrə əsasən, milli komandanın heyətindən çıxarılıb.

İngiltərə yığması martın 26-da Londondakı “Uembli” stadionunda Belçika ilə yoxlama oyunu keçirəcək.