Yığmamız Albaniya ilə üz-üzə

23.03.2023 13:30 241
Yığma
Bu gün Azərbaycanın U-21 yığma komandası Antalyada yoxlama görüşünə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Albaniyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18.00-da başlanacaq.

Martın 26-da isə Azərbaycan Sloveniya ilə üz-üzə gələcək.