Benzyanın milli komandası qalib gəldi

21.03.2025 23:57 20
Dünya futbolu
"Qarabağ"da çıxış edən Yassin Benzya Əlcəzair yığmasında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.

Səfərdə keçirilən qarşılaşma Yassinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzya 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Komanda martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.