"Qarabağ"la bağlı şad xəbər - 29 yaşlı müdafiəçi sevindi

11.09.2024 10:52 2 004
Dünya futbolu
“Qarabağ”ın futbolçusu Yassin Benzya Əlcəzair millisində növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Liberiyaya ilə matçda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, görüş Əlcəzair millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.