"Uğurlu nəticə qazanmaq istəyirik" - Emin Mahmudov

4.09.2024 21:24 254
Yığma / Manşet
Millimiz Millətlər Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah evdə İsveçlə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, kapitan Emin Mahmudov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Yaxşı komanda ilə üz-üzə gələcəyik. Əlimizdən gələni edəcəyik. Uğurlu nəticə qazanmaq istəyirik”.

- Yeni baş məşqçi gəlib. Uyğunlaşa bilirsiz?
- ⁠Vaxtımız çox az idi. Normal məşq keçirdik. Onun fəlsəfəsini yavaş-yavaş öyrənirik.

- "Neftçi"də ümumi vəziyyət yaxşı deyil. Bu, millidəki performansına necə yansıya bilər?
- Çalışıram ki, milliylə kluba ayrı-ayrı yanaşım. Burdakı əsas işim sırf millimiz üçün çalışmaqdı.

- ⁠Rəqib barədə nə düşünürsən?
- ⁠Çalışacayıq öz futbolumuzu oynayaq. Bunun üçün hər şey edəcəyik.

- ⁠Bir gün ərzində Santuşun nə istədiyini bildiz?
- ⁠Biz bunu bir gündə bilə bilmərik. Oynamağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.

RÖYANƏ OĞUZ