“Rəqiblər sırf bizi saxlamaq üçün əsas komandadan futbolçular cəlb edir” – Rəşad Abdullayevdən qəribə açıqlama

17.03.2025 14:11 384
Ölkə futbolu / Aktual
Futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasının 27-ci turunda maraqlı nəticə qeydə alındı. Belə ki, ötən tur “Turan Tovuz” üzərində əzmkar qələbə qazanmaqla zirvəyə qayıdan “Neftçi”nin əvəzediciləri gözlənilmədən səfərdə “Sabah”a uduzdu.

“Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev oyunla bağlı belə dedi:

“İtkilərimiz çox idi. Çətin oyun olacağını bilirdim. “Sabah” da bizə qarşı həmişə ikiqat motivasiya ilə hazırlaşır. Rəqiblər sırf bizi saxlamaq üçün əsas komandadan futbolçular cəlb edir. Bizim də itkilərimiz olduğuna görə məğlub olduq”.

ƏSƏD SEYİDOV