“Tottenhem”in hücumçusu Harri Keyn “Mançester Yunayted”in heyəti gücləndirmək baxımından prioritet saydığı variantlardan biridi.
“The Athletic” xəbər verir ki, “qırmızı şeytanlar” yay “transfer pəncərəsi”ndə heyəti daha bir güclü hücumçu ilə zənginləşdirmək istəyirlər və “mahmızlar”ın ulduzu ilə danışıqları canlandırmağa hazırdılar.
Xatırladaq ki, Keynin “Tottenhem”lə müqaviləsinin müddəti 2024-cü il iyunun 30-na qədərdi. 28 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 41 oyunda 22 qol vurub və 6 məhsuldar ötürmə verib.
MY Keyndən gözünü çəkmir
Dünya futbolu

