“Sumqayıt” Misli premyer-liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu, 26-cı turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində premyer-liqadakı yubiley – 10-cu böyükhesablı qələbədi. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb. “Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi premyer-liqada ilk böyükhesablı qələbəsi olub.