Evdə 80-ci böyükhesablı

4.04.2022 11:50 679
Premyer-liqa
“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb.

Bu, premyer-liqanın 21-ci turuna təsadüf edib. Yarışın lideri öz meydanında “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib. Ağdamlılar 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.

“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilən II turun görüşündə ağdamlılar Kürdəmir “Şirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə yenən “Qarabağ” səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib.