“Zirə” tarixinin ən böyükhesablı ev qələbəsi

8.04.2024 11:15 166
Ölkə futbolu
“Zirə” ölkə çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun komandası buna Misli premyer-liqasının 29-cu turunda nail olublar.

Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.

“Zirə” tarixinin premyer-liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul