“Sumqayıt” Misli premyer-liqasında 100-cü qələbəsini qazandı

25.12.2023 11:13 196
Premyer-liqa
“Sumqayıt” Misli premyer-liqasında 100-cü qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, yubiley qalibiyyəti 18-ci turda “Səbail” üzərində əldə edilib.

Rəqibini 1:0 hesabı ilə məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi bu uğura 382-ci matçında nail olub. 2011-ci ildən Premyer Liqada oynayan “gənclik şəhəri” təmsilçisi 62 dəfə evdə, 38 dəfə səfərdə 3 xalın sevincini yaşayıb.

“Sumqayıt”ın ilk uğuru 2011/2012 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “kimyaçılar” 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə qazanan 12-ci komandadı.