UEFA reytinqində gerilədik

7.03.2025 10:00 111
Ölkə futbolu
Avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda müəyyən dəyişikliklər olub ki, bu da Azərbaycanın mövqeyinə təsir edib. Sloveniya 2 pillə irəliləyərək Bolqarıstan və Azərbaycanı geridə qoyub.

Hazırda hesabında 19,625 xalı olan Azərbaycan siyahıda 30-cu pillədədi. Son açıqlanan siyahıda 28-ci olan və 2 pillə geriləyən ölkəmiz bu mövsüm 2,875 xal qazanıb.

Qeyd edək ki, reytinq cədvəlinə 107.910 xalla İngiltərə başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul