UEFA reytinqində gerilədik

16.08.2024 10:31 336
Avrokuboklar
Avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqində dəyişikliklər olub.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan siyahıda geriləyib.

Buna səbəb Cənubi Kipr klublarının daha çox reytinq xalı yığmasıdı. 26-cı yerdə olan ölkəmizin aktivində 18,875 xalı var. "Zirə"nin ötən gün "Osiyek"lə (Xorvatiya) heç-heçəsi (matçın əsas vaxtı - 2:2) Azərbaycana 0,125 xal gətirib. Ancaq hazırda 25-ci yerdəki Cənubi Kiprin 18,975 xalı var. Azərbaycan ötən həftə ilə müqayisədə 2 pillə geriləyib.

Qeyd edək ki, reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.