UEFA reytinqi: Azərbaycan neçəncidi?

14.02.2025 09:47 314
Ölkə futbolu
Avropa Liqası və Konfrans Liqasında dünən keçirilən pley-off mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin mövqeyi dəyişməyib.

Azərbaycan hazırda 19,625 xalla 28-ci pillədə qərarlaşıb. Ölkəmiz üçün cari mövsümün qazancı 2,875-ə bərabərdir. “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 reytinq xalı əldə edib.

Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.593) 29-cudu.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıda liderlik 106,624 xalı İngiltərəyə məxsusdu.