Avrokubokların 2-ci təsnifat mərhələsinin bəzi cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
“Sumqayıt” Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyununda Macarıstanın “Fehervar” klubu ilə heç-heçə (0:0) edib və ölkəmizə 0,125 xal qazandırıb. Azərbaycan 18.125 xalla reytinqdə 1 pillə geriləyib və 25-ci pilləyə düşüb. Slovakiya (18. 125) irəliləyərək 24-cü pilləyə qalxıb.
Qeyd edək ki siyahıya 85.732 xalla İngiltərə başçılıq edir.