Yenidən 2-ci divizionda işləyəcək

2.03.2025 19:39 166
Dünya futbolu
Valerian İsmaelin yeni iş yeri müəyyənləşib.

“Uotford”, “Beşiktaş” və “Vest Bromviç”in sabiq baş məşqçsi bundan sonra da İngiltərədə işləyəcək. Fransalı mütəxəssis 2-ci divizion sayılan çempionşip təmsilçisi “Blekbern”i çalışdıracaq.

Klubun mətbuat xidmətinin məlumatına görə, 49 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

2022-ci ildə “Beşiktaş”ı çalışdıran İsmaelin sonuncu iş yeri də çempionşip təmsilçisi “Uotford” olub.