Yenidən Asiyada işləyəcək

10.11.2023 13:29 174
Dünya futbolu
Ernan Kresponun işsiz qaldığı vaxt bir neçə ay çəkib.

"Football-plus.az" xəbər verir ki, 48 yaşlı argentinalı məşqçi yenidən Asiyada işləyəcək. O, “Əl-Əyn”ə baş məşqçi təyin olunub. Birləşmiş Ərəb Əmirlikləri klubunun mətbuat xidmətinin məlumatına görə, Krespo ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Kresponun sonuncu iş yeri Qətərin “Əl-Duhail” komandası olub. O, bu komandanı 2022/23 mövsümündə çalışdırıb.