De Bruyne MS-dən hara yollanacaq?

2.03.2025 19:12 176
Dünya futbolu
Bir müddətdi Kevin de Bruynenin “Mançester Siti”də sonuncu mövsümünü keçirdiyi iddia edilir.

Komandanın baş məşqçisi Xosep Qvardiola təcrübəli futbolçunun gələcəyi haqda danışıb. İspaniyalı mütəxəssis bu barədə “De Bruyne əvəzolunmaz oyunçudu, olub və ümid edirəm ki, bundan sonra da olacaq. Onun komandadakı gələcəyi De Bruynenin özündən və klubdan asılıdı” deyib.

Qeyd edək ki, mətbuatda MS-nin mövsümün sonunda belçikalı futbolçu ilə müqavilənin müddətini uzatmayacağı ilə bağlı xəbərlər səngimir. 33 yaşlı futbolçu İngiltərə klubunda 2015-ci ildən çıxış edir.