PFL-in icraçı direktoru “Vilyarreal”ın (İspaniya) oyununda

2.03.2023 10:52 241
Avropa Liqası
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada "Anderlext" və İspaniyanın "Vilyarreal" komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.