Bin Sulayem Çini də DÇ-də görmək istəyir

26.02.2025 12:51 251
İdman
"Football-plus.az" xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Çin komandasını “Formula-1” üzrə dünya çempionatında görmək istədiyini deyib:

“Son iki ildə “Formula-1”də nəhəng ölkələrin görünməsini arzulamışam. Artıq bizdə “General Motors”un dəstəyi ilə çıxış edəcək ABŞ komandası olacaq. Növbəti addım Çindən olan avtomobil istehsalçısını cəlb etməkdi. Həmişə demişəm ki, bizə daha çox komanda, az yarış lazımdı. Çoxları bunun əleyhinə idi, ancaq avtoidman üçün bu addım daha faydalıdı”.

Xatırladaq ki, gələn ildən dünya çempionatına 11-ci komanda – “Kadillak” da qatılacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul