“Formula-1”də Məhəmməd bin Sulayemdən narazılıq artır

15.03.2024 12:55 159
İdman
Beynəlxalq Avtomobil Federasiyasının (BAF) prezidenti Məhəmməd bin Sulayemin “Formula-1” ilə münasibətləri heç də yaxşı deyil.

Hər şey Lüis Hemiltonun burnuna sırğa taxmasından başladı, ardından pilotlara siyasi mövzularla bağlı fikir bildirmək qadağan olundu, prezident “Andretti”nin çempionat iştirakçıları sırasına qoşulmasını istədiyi halda, bütün komandalar bunun əleyhinə çıxdı.

Martın əvvəlində artıq Bin Sulayemin ünvanına ciddi ittihamlar səsləndi. BAF-ın etika üzrə komitəsi ötən il Ciddədə keçirilən mərhələdən sonra prezidentin BAF-ın Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidentinə - bu postu şeyx Abdulla bin İsa Əl-Xəlifə tutur – zəng edərək Alonsoya yazılan 10 saniyəlik cərimənin ləğvində israr etməsi ilə bağlı siqnal aldı. Son nəticədə həmin cərimə ləğv olunub.

İkinci ittiham isə onunla bağlıdı ki, etika komitəsində olan qaynağın sözlərinə görə, Bin Sulayem ötən il federasiyada çalışan məmurlara “Formula-1”in sahibləri üçün çox önəmli olan Las-Veqasdakı trassın təhlükəsizlik normaları ilə bağlı sertifikat almaması üçün istənilən yola əl atmaqla bağlı göstəriş verib.
“Formula-1” komandalarından “Mersedes”in rəhbəei Toto Volff bütün bu işlərdə maksimal şəffaflıq istəyir:

“Vəziyyət elədi ki, bizim idmanda nələrin baş verdiyini heç də həmişə dəqiq bilmirik. Və “Formula-1”in ünvanına səslənən neqativ tənqid də şəffaflığın yoxluğu ilə bağlıdı. Hamımız bunu anlamalıyıq. Biz şəffaflıq və açıqlıq gözləyən dünyada yaşayırıq. Avtoidman da buna can atmalıdı. Baxaq görək nəticə necə olur”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul