• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Marsel” və “Monako” darmadağın etdi, PSJ xal fərqini qorudu - İCMAL

Dünya futbolu

25-02-2025, 09:0

Fransa çempionatında PSJ-nin məğlubiyyətsiz oyunlar seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu hesabat turunda səfərdə “Tuluza”nın öhdəsindən gəldi.

56 xalla turnir cədvəlinin zirvəsində qərarlaşan PSJ-nin əsas rəqibləri də qələbə qazandı. “Marsel” evdə “Sent-Etyen”i darmadağın etdi. “Nitsa” ilə “Monako” hərəyə 40 xalla 3-4-cü yerləri bölüşür. “Qartallar” səfərdə “Havr”ı məğlub etdi, “knyazlar” isə “Nant”ın qapısına aşsüzənə döndərdi – 7:1. Ədalət naminə “Nant”ın artıq 8-ci dəqiqədə azlıqda qaldığını da vurğulayaq. Yeri gəlmişkən, “Nant” tarixində ilk dəfə çempionat oyununda 7 top buraxdı.

“Avrokubok zonası”nda qərarlaşan “Lill” və “Lion” da növbəti qələbəsini qazandı. “Renn”in qonağı olan “Lill” 44-cü dəqiqədə hesabı açmaq üçün əla imkan qazansa da, Ekpom penaltini boşa verdi. Amma 2-ci hissədə “şimallı itlər” rəqibin müqavimətini qırdı. “Renn”dən Vunun 75-ci dəqiqədə meydandan qovulması da bunda müəyyən rol oynadı. Uzun fasilədən sonra meydana dönən Bentaleb 80-ci dəqiqədə hesabı açdı, 6 dəqiqə sonra isə elə həmin Ekpom fərqi artırdı.

“Lion” səfərdə “Monpelye”ni darmadağın etdi. “Strasbur” və “Anje” səfər qələbəsinə sevindi, “Brest” – “Oser” oyununda məhsuldar heç-heçə qeydə alındı.

22-ci tur
Tuluza – PSJ 0:1

Ruis, 52. (31695)
PSJ: Safonov, Hakimi, Beraldo, Paço (Markinyos, 63), L.Ernandes, Li Kan İn (Dembele, 63), Ruis (Vitinya, 63), Mayulu (Neveş, 90+2), Due, Kvaratsxeliya, Barkola (Ramuş, 74).

Marsel – Sent-Etyen 5:1
Quiri, 27; 60. Qrinvud, 50-p. Murilyo, 58. Rabyo, 77 – Stassen, 79. (66199)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius (Kondoqbia, 73), Enrike, Bennaser (Ronjye, 67), Heybyerq, Merlen (Dediç, 66), Rabyo, Qrinvud (Nadir, 72), Quiri (Rou, 81).

Monako – Nant 7:1
Biret, 44; 54; 64-p. Minamino, 45. Ben Seqir, 49. İlenihena, 81; 90+5 – Ablin, 4. (6080)
Monako: Mayetski, Vanderson (Dyatta, 61), Kerer, Mavissa, Enrike, Zakariya, Kamara (Əl-Musrati, 61), Akliuş (Mişal, 78), Ben Seqir, Minamino (İlenihena, 61), Biret (Kulibali, 83).

Renn – Lill 0:2
Bentaleb, 80. Ekpom, 86. (27627)

Monpelye – Lion 1:4
Kulibali, 38 – Mikautadze, 3. Nuama, 50. Tolisso, 53. Lakazett, 73. (16573)

Lans – Strasbur 0:2
Bakva, 81. Emeqha, 90+6. (38113)

Reyms – Anje 0:1
Əl-Melali, 45+1. (11868)

Brest – Oser 2:2
Ndiay, 60. Ajork, 79 – Perren, 18; 74. (12525)

Havr – Nitsa 1:3
Keşta, 28 – Lyabord, 16. Kenku, 18-öz qapısına. Diop, 90+4. (17739)

1. PSJ 22 17 5 0 59-20 56
2. Marsel 22 14 4 4 50-26 46
3. Nitsa 22 11 7 4 44-27 40
4. Monako 22 12 4 6 44-29 40
5. Lill 22 10 8 4 36-22 38
6. Lion 22 10 6 6 40-27 36
7. Strasbur 22 9 6 7 37-32 33
8. Lans 22 9 6 7 25-22 33
9. Brest 22 10 2 10 35-38 32
10. Tuluza 22 7 6 9 23-25 27
11. Anje 22 7 5 10 23-31 26
12. Oser 22 6 7 9 31-37 25
13. Renn 22 7 2 13 29-32 23
14. Reyms 22 5 7 10 26-34 22
15. Nant 22 4 9 9 25-39 21
16. Sent-Etyen 22 5 3 14 20-50 18
17. Havr 22 5 2 15 18-43 17
18. Monpelye 22 4 3 15 21-52 15

Bombardirlər: Dembele (PSJ) – 16, Qrinvud (Marsel) – 14, Devid (Lill) – 12, Barkola (PSJ) – 11.

Turun rəqəmi
15 – Lakazett çempionatda “Monpelye”nin qapısından keçirdiyi qollatın sayını bu həddə çatdırdı. Bu, Alan Jiressin 1986-cı ildəki nəticəsindən (“Mets”ə 16 qol vurub) sonra bir futbolçunun konkret rəqiblə bağlı ən yaxşı göstəricisidi.

Turun ulduzu
Mika Biret (Monako) – gənc hücumçu biri penaltidən olmaqla üç qol vurdu. Cari mövsümdə “knyazlar”ın heyətində cəmi 5-ci oyununu keçirən danimarkalı qol sayını 7-yə çatdırdı. Bu gedişlə bombardirlər yarışına da qoşula bilər.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Tuluza” bizə çoxlu problem yaratdı, rəqibin yaxşı müdafiəsi var. Meydan da yaxşı deyildi, top çətinliklə hərəkət edirdi. Məğlubiyyətsiz seriyanı davam etdirmək mənim üçün hədəf deyil. Bir hədəfimiz var ki, o da çempionluqdu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-01-2025, 23:0

“Marsel” darmadağın etdi, “Lion” “Lill”ə çatdı - İCMAL

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

8-05-2024, 20:0

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Dünya futbolu

6-12-2024, 22:0

Liderlər hərəyə üç qol vurdu - İCMAL

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

18-11-2024, 17:0

PSJ və “Monako” qələbə qazandı, “Marsel” büdrədi - İCMAL

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 217
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə