U-17 millimiz Minskdə ilk oyununa çıxır

23.04.2024 10:00 179
Ölkə futbolu / Manşet
17 yaşadək futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində bu gün ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda Belarusun müvafiq yaş qrupundan ibarət koollektivi ilə qarşılaşacaq.

Həmçinin oxuyun: İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

Matç saat Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində Özbəkistan və Tacikistan yığmaları ilə də üz-üzə gələcək.