Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 15-ci turun oyunlarına start verilib.
"Football-plus.az" xəbər verir ki, iki günü əhatə turun ilk üç görüşü PFL-in “1-ci liqa//2-ci liqa” “yutub” kanalında canlı yayınlanıb.
“Cəbrayıl” “Karvan”ı (1:1), MOİK "Qəbələ"ni (0:4), "İmişli" "Zaqatala"nı (1:0) qəbul edib.
Sabah keçiriləcək ilk oyunda “Baku Sportinq” “Mingəçevir”i sınağa çəkəcək. Paytaxt təmsilçisi ötən həftə “Qaradağ Lökbatan” üzərində qazanılan qələbə sayəsində həm ortabablar sırasında mövqeyini qorudu, həm də ardıcıl 5 matç davam edən qələbə və qol “orucunu” pozdu. İndi autsayderi yenməklə növbəti uğura imza atmaq, həm də xal ehtiyatını artırmaq mümkündü. “Nur şəhəri”nin təmsilçisinə gəlincə, Füzuli Məmmədovun təyinatı da 1-ci liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalan komandaya yardım etməyib.
Tura auysaderlərin dueliylə - “Difai” - “Qaradağ Lökbatan” oyunu ilə yekun vurulacaq. Hər iki komanda təhlükəli mövqelərdən xilas olmaq uğrunda tər tökəcək. Ağsu təmsilçisinin qış fasiləsindən sonra yalnız “Qəbələ”yə uduzduğunu nəzərə alsaq, meydan sahiblərini daha şanslı saya bilərik. “Qaradağ Lökbatan”ın əsas problem isə sabit nəticələr qazanmaqda çətinlik çəkməsidi. Hər halda, bir xal qonaqlar üçün sərfəli nəticə olacaq. “Difai” isə yalnız qələbə üçün vuruşmalıdı.
19 fevral
Cəbrayıl – Karvan 1:1
Elşad Əliyev, 90+7-p. - Emil Qasımov, 77.
Bakı, “ASCO Arena”. Saat 14.00.
MOİK – Qəbələ 0:4
Elşad Tağıyev, 20. Oçe Oçoveçi, 60; 76. Domi Massumo, 74.
Binə, qəsəbə stadionu. Saat 14.00.
İmişli – Zaqatala 1:0
Mehdi Tahirov, 35
İmişli, Heydər Əliyev adına şəhər stadionu. Saat 14.00.
Qeyd: matç əvvəlcədən elan olunduğu kimi, 14.00-da deyil, 14.30-da start götürüb.
20 fevral
Baku Sportinq – Mingəçevir
Binə, qəsəbə stadionu. Saat 13.30.
Difai – Qaradağ Lökbatan
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Xal durumu: Qəbələ - 39, Karvan – 30, İmişli – 27, Zaqatala – 21, MOİK – 20, Baku Sportinq – 18, Cəbrayıl – 16, Qaradağ Lökbatan – 12, Difai – 10, Mingəçevir – 8.
Bombardirlər: Emil Qasımov (Karvan) - 11, Bəhruz Teymurov (Karvan) – 10, Seyxan Fərəcov (İmişli) – 7.
KƏNAN BAHADIR