Vinisius Portuqaliyada klub aldı

20.02.2025 12:51 286
Dünya futbolu
''Real''ın liderlərindən olan Vinisius Junior maraqlı bir addımı ilə gündəmə gəlib.

Belə ki, 24 yaşlı braziliyalı ulduz Portuqaliya təmsilçisi ''Alverka''ya sərmayə qoyub. O, klubun sahiblərindən birinə çevrilib. ''Alverka'' hazırda Portuqaliyanın 2-ci divizionunda çıxış edir. 22 turdan sonra aktivində 38 xal olan və 2-ci pillədə qərarlaşan bu komanda elitaya yüksəlməyə əsas namizədlərdən biridi.

''Alverka''nın ən böyük hissədarı olan Rikardo Visintin Portuqaliya mətbuatına açıqlamasında özünə məxsus səhmlərin 70-80 faizinin ispaniyalı və braziliyalı investorlara satıldığını təsdiqləyib. Həmin investorlar arasında Vinisius da var. ''Forbes''in məlumatına görə bu anlaşma investorlara ümumilikdə 10 milyon avroya başa gəlib.

Anlaşmadan sonra tərəflər belə qərara gəliblər ki, indiki baş direktor Mateuş Ornelaş mövsümün sonuna qədər vəzifəsində qalacaq. 1939-cu ildə yaradılan ''Alverka'' ev oyunlarını 7 minlik tutuma malik stadionda keçirir. ''Transfermarkt''a əsaslansaq, hazırda müqavilə ilə 27 futbolçusu olan ''Alverka''nın heyətinin dəyəri 6,9 milyon avrodu. Bu komanda tarixi ərzində elitada yalnız 5 mövsüm keçirib. ''Alverka'' Braziliya futbolu ilə sıx əlaqələri olan klublardan sayılır. Hazırda heyətdə 27 futbolçudan 15-i braziliyaəsillidi.

Xatırladaq ki, Vinisius ''Real''da klub alan yeganə futbolçu deyil. Kilian Mbappe də 20 milyon avro qarşılığında ötən il Liqa-2-də çıxış edən ''Kan''ı almışdı.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul