“Real”ın üç zədəli futbolçusu ilə bağlı xəbər yayılıb.
Oyunçular Çempionlar Liqasında “Mançester Siti” ilə cavab oyununa qədər zədədən qayıdacaqlar. Bu barədə baş məşqçi Karlo Ançelotti La Liqanın 24-cü turunun “Osasuna” ilə matçından əvvəl keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis müdafiəçilər Antonio Rüdiger, Lukas Vaskes və David Alabanın gələn həftə komanda ilə məşqlərə qoşulacaqlarını bildirib.
“Real” – “Mançester Siti” matçı fevralın 19-dan 20-sinə keçən gecə başlayacaq. Komandalar arasındakı ilk oyun madridlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.