Rüdiger “Xetafe”yə qarşı niyə oynamayıb?

14.05.2023 14:51 260
Dünya futbolu
Antonio Rüdigerin La Liqada “Xetafe”yə qarşı niyə oynamadığı sual doğurub.

"Football-plus.az" xəbər verir ki, Karlo Ançelotti bu məsələyə aydınlıq gətirib. “Real”ın baş məşqçisi müdafiəçinin Çempionlar Liqasının yarımfinalının “Mançester Siti” ilə cavab matçında oynayacağını açıqlayıb:

“Rüdiger yorğun idi və mən ona dincəlməyə icazə verdim ki, çərşənbə günü hazır olsun. O oynayacaq. Neçə dəqiqə olduğunu bilmirəm, amma meydana çıxacaq”.


“Real” mayın 17-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. Bu komandalar arasında Madriddə keçirilən ilk matç 1:1 hesabı ilə nəticələnib.