AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

27.09.2024 13:30 356
Ölkə futbolu
AFFA İntizam Komitəsi MOİK-in məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırıb.

"Football-plusə.az" xəbər verir ki, qərar komitənin bugünkü iclasında açıqlanıb.

Rəhimov 1-ci liqanın 3-cü turunda "Difai" ilə keçirilən oyunda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Məşqçinin 5 oyunluq cəzasından başqa, MOİK klubu 400 manat cərmə də olunub.