AFFA "Mingəçevir"ə xəbərdarlıq etdi

5.11.2022 13:29 448
I liqa
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Football-plus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Toplantıda 1-ci divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“Kəpəz-2” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz” klubu 80 manat cərimə edilsin.

“Kəpəz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun nümayəndəsi oyundan əvvəl iclasda iştirak etmədiyi üçün “Zaqatala” klubu 80 manat cərimə edilsin.

“Qəbələ-2” – “Mingəçevir” oyununda diktor əvəzetmələri elan etmədiyi üçün “Qəbələ-2” klubu 40 manat cərimə edilsin.

“Qəbələ-2” – “Mingəçevir” oyununda oyunun protokolunda nömrə səhvinə yol verildiyinə görə “Mingəçevir” klubuna xəbərdarlıq edilsin.

“Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” klubu 160 manat cərimə edilsin.

“Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin.