İntizam Komitəsinin iclası keçirildi

10.03.2023 15:15 481
Ölkə futbolu
Bu gün İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" PFL-ə istinadən qəbul edilən qərarları təqdim edir.

Birinci divizionun 20-ci turunun “Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39);

Birinci divizionun 20-ci turunun “Zaqatala” – “Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilsin (maddə 84);

Birinci divizionun 20-ci turunun “Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 11 nömrəli futbolçusu Valeh Qəhrəmanlı görüşün 60-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın, klub 320 manat cərimə edilsin (maddə 37.3);

Birinci divizionun 20-ci turunun “Kəpəz-2” – MOİK oyununda MOİK klubunun 15 nömrəli futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın, klub 160 manat cərimə edilsin (maddə 36.1);

Birinci divizionun 20-ci turunun “Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39);

Birinci divizionun 20-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);

Birinci divizionun 20-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);

Birinci divizionun 20-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun cəzalansın, klub 80 manat cərimə edilsin (maddə 47.3)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul