Del Pyero prezident olacaq?

1.12.2024 10:31 304
Dünya futbolu
Alessandro Del Pyero ilə bağlı maraqlı xəbər yayılıb. Ötənlərin məşhur futbolçusu prezident ola bilər.

Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumatda Del Pyeronun İtaliya Futbol Federasiyasının (İFF) prezidenti seçkisində namizəd kimi iştirak edə biləcəyi qeyd edilir. Seçki gələn il fevralın 3-nə təyin olunub. Məlumata görə, 50 yaşlı Del Pyero namizədliyini irəli sürüb-sürməyəcəyini götür-qoy edir.

İFF-yə hazırda Qabriele Qravina rəhbərlik edir. Yerli mənbələr onun postunu qorumaq şansını aşağı dəyrləndirir.

Del Pyero möhtəşəm futbolçu karyerasını 2015-ci ildə başa vurub. Futbolçu həyatının çox hissəsini keçirdiyi “Yuventus” ilə 6 dəfə İtaliya çempionu və bir dəfə Çempionlar Liqasının qalibi olan sabiq hücumçu milli komanda ilə DÇ-2006-da çempionluq sevinci yaşayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul