Yekdilliklə yenidən prezident seçildi

4.02.2025 13:30 290
Dünya futbolu
Aleksandr Dyukov Rusiya Futbol İttifaqındakı (RFİ) vəzifəsini qoruyub.

"Football-plus.az" xəbər verir ki, o, bu təşkilata yenidən prezident seçilib.

Seçki RFİ-nin fevralın 2-də paytaxt Moskvada keçirilən növbədənkənar konfransında təşkil edilib. Yeganə namizəd olan Dyukov yekdilliklə yenidən 4 il müddətinə futbol qurumunun prezidenti seçilib. 57 yaşlı finksioner prezident postunu 2019-cu il fevralından tutur.