“Neftçi” Futbol Mərkəzinin inşasını tamamlamaq istəyirik"

7.02.2025 18:00 271
Ölkə futbolu
"Neftçi"nin baş icraçı direktoru Cenk Sümər "Palms Sports"la sponsorluq anlaşmasının imzalanma mərasimində iştirak edib.

"Football-plus.az" xəbər verir ki, tədbirdə çıxış edən funksioner bu anlaşmanın klubun beynəlxalq arenada inkişaf etməsinə xidmət edəcəyini bildirib:

“Neftçi” üçün önəmli gündü. Ötən yay yeni strategiyamızın həyata keçirilməsinə start verdik. Maddi dayanaqlılıq üzərində çalışırıq. “Palms Sports”la müqavilədən əldə olunan gəlirin bizə böyük faydası olacaq. Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılmaqdadı. “Neftçi” Futbol Mərkəzinin inşasını tamamlamaq istəyirik. Birinci mərtəbə hazırdı. Qarşıdakı aylarda ikinci və üçüncü mərtəbələr də inşa ediləcək”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul