“Neftçi” rəhbərliyi akademiyanın məşqçiləriylə görüşüb

22.08.2024 21:38 341
Premyer-liqa
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, idman direktoru Yens Andersson, Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və komandanın baş məşqçisi Roman Qriqorçuk ilə klubun akademiyasının məşqçi heyəti arasında görüş keçirilib.

“Football-plus.az” xəbər verir ki, tanışlıq xarakterli görüş “Neftçi” Futbol Mərkəzində keçirilib. Tədbirdə uşaq futbolu, infrastruktur və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Sonda “Neftçi” Futbol Akademiyasının komandalarına yeni mövsümdə uğurlar arzulanıb.