Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti

23.01.2025 12:54 267
İdman
Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət millimizin yekun heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi İlqar Aslanov 2-si qapıçı olmaqla 12 futzalçını səfərə aparacaq.

Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə

Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə

Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul