Millimiz ilk oyununu keçirəcək

25.01.2025 10:52 263
İdman
19 yaşadək futzalçılardan ibarət millimiz bu gün Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq. San Marinodakı "Multieventi Sport Domus"da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21.00-da start veriləcək.

Qeyd edək ki, U-19 yanvarın sabah San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul