Klubu ilə yenidən anlaşdı

24.01.2025 17:55 262
Dünya futbolu
Kasper Şmeyhel “Seltik”də daha uzun müddət çıxış edəcək.

Təcrübəli futbolçu Şotlandiya klubu ilə müqaviləsini yeniləyib. Qlazqo klubunun mətbuat xidmətinin məlumatına görə, 38 yaşlı qapıçının müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi artırılıb.

Şmeyhel “Seltik”də ötən ilin yayından çıxış edir. Danimarkalı futbolçu bu mövsüm komandanın 39 oyununda meydana çıxıb.