Derbinin yeni tarixi açıqlandı

20.01.2025 19:16 258
Dünya futbolu
Liverpul derbisinin yeni tarixi açıqlanıb.

Xatırladaq ki, premyer-liqanın 15-ci turunun “Everton” – “Liverpul” matçı ötən il dekabrın 7-də keçirilməli idi. Lakin oyun əlverişsiz hava şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salınmışdı. Derbi fevralın 12-də keçiriləcək.

Yer gəlmişkən, “Liverpul” 21-ci turdan sonra premyer-liqada 20 oyuna 47 xalla liderdi. “Everton” isə 17 xalla 16-cı yeri tutur.