Vüsal oynadı, komandası qalib gəldi

25.08.2024 21:39 300
Dünya futbolu
Türkiyə 1-ci Liqasında 3-cü turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" öz meydanında "Erokspor"la qarşılaşıb. Oyun "Boluspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli meydana 75-ci dəqiqədə buraxılıb.

"Boluspor" hazırda 3 tura 4 xalla 7-ci pillədədi.