Terimin komandası qələbə qolunu 90+7-də vurdu!

18.01.2025 10:31 333
Dünya futbolu
''Əl-Şabab'' Fatih Terimin başçılığı altında növbəti oyununa çıxıb. Bu komanda Səudiyyə Ərəbistanı çempionatının 15-ci turunda ''Əl-Riyad''ı qəbul edib.

İlk yarısı qolsuz başa çatan qarşılaşmada əsas maraqlı hadisələr fasilədən sonra baş verib. Qonaqlar ikinci hissənin əvvəllərində Yəhya Əl-Şehri ilə hesabı açmağa müvəffəq olublar. Amma ''İmperator''un komandası geri dönüş etməyi bacarıb. 72-ci dəqiqədə Daniel Podense bərabərlik qolunu vurub. Oyunun taleyi əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə həll olundu. Abderrazak Hamdallah ''Əl-Şabab''a Terimin dönəmində çempionatda ilk qələbəni qazandırdı!

Xalını 25-ə yüksəldən Ər-Riyad təmsilçisi hələ də 6-cı pillədədi. Amma komanda xal hesabında ''Əl-Əhli''yə çatdı. Çünki ötən həftə Terimin çempionatdakı debüt oyununda ''Əl-Şabab''ı 3:2 məğlub edən ''Əl-Əhli'' bu həftə Merih Dəmiralın qırmızı vərəqə aldığı qarşılaşmada ''Əl-Xolud''a 0:1 hesabı ilə uduzdu.

''Əl-Şabab''ı növbəti tur çempionatın liderlərindən olan ''Əl-İttihad''a qarşı çətin səfər oyunu gözləyir.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul