Merih Dəmiral Terimin Səudiyyə Ərəbistanına gəlməsi haqda nə dedi?

8.01.2025 22:55 435
Dünya futbolu
Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Merih Dəmiral Fatih Terim və onun bu ölkəyə gəlişi haqda açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, Dəmiral 2023-ün avqustundan etibarən ''Əl-Əhli''nin şərəfini qoruyur. Terim isə bilindiyi kimi artıq ''Əl-Şabab''ın baş məşqçisi kimi çalışır. Yeri gəlmişkən, bu komandalar bu günlərdə üz-üzə gələcək. Yanvarın 10-da ''Əl-Əhli'' ''Əl-Şabab''ı qəbul edəcək. Bu, Terimin Səudiyyə Ərəbistanı çempionatında debüt oyunu olacaq. Merihi dinləyək:

''Fatih Terim ilə 2-3 gün öncə telefonda söhbətləşdik. Mükəmməl bir insandı. Baş məşqçi kimi Türkiyə və İtaliyada böyük işlər görüb. Türkiyə tarixinin ən güclü məşqçilərindən biridi. Çoxları ona öz idealı gözü ilə baxır. ''Əl-Şabab''ın başına keçdiyini eşidəndə çox sevindim. Həm klub, həm də Səudiyyə Ərəbistanı futbolu üçün çox şey edəcəyini düşünürəm. Bu yaxınlarda onunla görüşəcəyik. Terimlə bağlı ilk xatirələrim AÇ-2008 ilə əlaqəlidi. Orda bizimkilər inanılmaz işlər görmüşdü. 9-10 yaşlarım var idi. Yadımdadı ki, Türkiyənin hər oyunundan öncə üzümü ağ-qırmızı rənglərə boyayırdım. Hər birimiz çox çılğın anlar yaşadıq. Buna görə də Terimi sevirəm və ona xüsusi hörmətim var''.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul