Braziliyanın bir neçə media qurumunun yaydığı məlumata görə, "Flamenqo" Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.
Diqqətçəkən bilgilərdən biri də ESPN-ə məxsusdu. Bu saytın iddiasına inansaq, tərəflər arasındakı razılıq "Flamenqo"nun "köhlən atlar"a ikinci təklifindən sonra mümkün olub. Beləliklə, Braziliya klubu hücumçu üçün ağdamlılara 5 milyon avro ödəyəcək.
Hücumçunun həmvətəni - ünlü insayder Vene Kesaqrande də bu informasiyanı təsdiqləyib. Bəs qeyd olunanlar nə dərəcədə doğrudu?
Bu sualla menecer Tural Əsgərliyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı: