Juninyo: Çempionlar Liqasının zirvəsinə doğru!

8.08.2024 01:02 935
Ölkə futbolu / Manşet
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələlərində qol vurmağa davam edir.

“Football-plus.az” xəbər verir ki, hücumçu 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı da fərqlənərək qollarınını sayını 5-ə çatdırıb. Bununla o, turnirin bombardirlər siyahısında liderliyə şərik olub. Daha doğrusu, Juninyo “Klaksvik”in futbolçusu Arni Frederiksberqə çatıb.

Farer adaları təmsilçisinin ÇL-də mübarizəni dayandırdığını nəzərə alsaq, “köhlən atlar”ın üzvünün zirvənin yeganə sahibi olmaq şansı böyükdü.

Qeyd edək ki, Juninyo 2-ci təsnifat mərhələsində “Linkoln”a 4 qol vurub.

KƏNAN BAHADIR