• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sən pul qazanacaqsan, “Qarabağ” baxacaq? - KÖŞƏ

Manşet / Yazarlar

11-01-2025, 00:0

Juninyo məmnundu, Juninyo şəndi,
“Flamenqo”da onun yeri gülşəndi...


Mən şair olsaydım, təbimi işə salar, braziliyalı futbolçunun seriala dönən keçidinə poema da olmasa, şeirdən-meirdən həsr edərdim.

Dostlar, bu məsələ əməllicə uzandı, danışıqların axarı tez-tez dəyişdi, “böyük beşlik”, “Çempionlar Liqası” kimi yüksək materiyalardan dəm vuran qəhrəmanımız axırda barmağını “Flamenqo”nun üstünə qoydu. Başqalarının nə düşündüyünü bilmirəm, mənə elə gəlir ki, pul, qazanc, varlanmaq ehtirası və həvəsi bu seçimdə əsas rol oynadı. Əlbəttə, hər kəs pulun təkcə ödəniş vasitəsi yox, həm də özünəməxsus maqnit olduğunu anlayır; bu zəhrimara qalmış qorxunc cazibə qüvvəsinə malikdi, adamı özünə çəkir, ağuşuna alır, o sahilə - bu sahilə çırpır, əsl şeytandı ki şeytan. Vaxtilə rəhmətlik Elçibəy demişdi e, tankın-topun qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi... Həyatın bütün sahələrində belədi, təbii ki, futbolda da!

Karyerasının yetkinlik və qürub dönəmini yaşayan, bu il 29 yaşını tamamlayacaq Juninyonun adını pulla yanaşı hallandırmaqda heç bir qərəzim yoxdu. Əlbəttə, ötən ilin fevral-martında, “Braqa” və “Bayer-04” ilə oyunlar vaxtı onun başına, daha doğrusu, möhtəşəm ayağına and içənlərdən biri də mən idim. Bu gün də belə hesab edirəm ki, o, “Qarabağ”dan son sözünü demədən gedir. Bu başqa məsələ ki, dediyim dönəmdəki formasını sonradan bir daha yığa bilmədi, sanki elə şöhrətin o zirvəsində qaldı, zirvədən sürüşdü, qol-qanadını qırdı və yeni avrokubok mövsümündə hamının oyun üslubunu əzbər bildiyi adi bir futbolçuya çevrildi.

Juninyo 2023-ün iyununda “Qarabağ”a gələndə Avropada o qədər də tanınmırdı. Bəli, Portuqaliya elitasından gəlmişdi, özü də 2022/23 mövsümünü 7-ci yerdə bitirən “Şaviş”dən. Amma həmin mövsüm keçirdiyi 30 oyunda cəmi 4 dəfə fərqlənmişdi. Azərbaycanda isə əməllicə parladı, qolları sıraladı, bütün qitənin diqqətini çəkdi. Hətta ölkəmizdə onun bura gəlib-getmiş ən yaxşı mərkəz hücumçusu olmasıyla bağlı müzakirələr başladı. Juninyo oyunu ilə belə müzakirələrin hədəfi olmağı haqq edirdi. Amma bu dastan yaxşı şəkildə davam etmədi. Cəlbedici təkliflər onun başını gicəlləndirdi. Bu gün artıq transfer danışıqlarında çox incə məqam yetişib.

“Sevilya” forması geyməkdən, deməli, Avropaya bir daha səs salmaq imkanından (təbii, heç nə ilə yadda qalmamaq riski də var idi) imtina edən braziliyalı həmvətənləri – “Flamenqo” ilə bazarlığa başlayıb. “Kəpəz”lə yoldaşlıq görüşündə onu görən həmkarlarımın təəssüratına əsaslansam, Juninyo şad-xürrəm görünürmüş. Çox güman, elə bu həftəsonu keçid bitəcək. Amma burda maraqlı məqam var: “Flamenqo” “Qarabağ”a məhz “Sevilya”nın verdiyi pulu təklif edir, ancaq futbolçu üçqat artıq qazanır, Ağdam klubu bu seçim dəyişikliyindən heç bir ciddi fayda götürmür. Bu nə dərəcədə ədalətli bölgüdü?

Belə çıxır ki, Juninyo üçqat artıq pul qazanacaq, “Qarabağ” isə kənardan baxacaq? Heç də yaxşı variant deyil. Hətta deyərdim ki, “Qarabağ” üçün arzuolunmaz variantdı. Bir Azərbaycan klubunun İspaniya, yoxsa Braziliya klubuna futbolçu satması tam fərqli anlayışlardı. Ümid edirəm ki, Juninyo və onun keçidində vasitəçi rolunu oynayan agentlər bu məqamın əhəmiyyətini və “Qarabağ”ın marağının nəzərə alınmalı olduğunu da anlayır.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

10-01-2025, 15:0

“Flamenqo” da Braziliyanın “Real”ıdı” – Juninyoya haqq qazandırdı

Aktual / Ölkə futbolu

4-01-2025, 11:0

“Flamenqo” Juninyo üçün dövrəyə girdi – 5 milyon avro + daha artıq maaş!

Manşet / Yazarlar

8-01-2025, 20:0

Braziliyalı futbolçuların ipinin üstünə odun yığmaq olmaz! – Eh, Juninyo, Juninyo...

Aktual / Ölkə futbolu

5-01-2025, 11:0

“Juninyo “Sevilya”dan başqa kluba keçərsə, mümkün transfer məbləğinin 25-30 faizi…” - menecer gizli detalları açıqladı

Aktual / Ölkə futbolu

18-12-2024, 21:0

“Rusiyanın premyer-liqa klubları da Juninyo uğrunda mübarizəyə qoşulacaq” – 5-8 milyon avro?!

Aktual / Ölkə futbolu

5-01-2025, 13:0

Juninyo: "Flamenqo" yoxsa, "Sevilya"? - Əmrah Çəlikəldən son dəqiqə açıqlaması

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 19:56
    Premyer-liqa, La Liqa və bundesliqa "İdman TV"də
  • Bu gün, 19:56
    Premyer-liqa, La Liqa və bundesliqa "İdman TV"də
  • Bu gün, 19:40
    Premyer-liqada yeni mövsüm başladı! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə