Klubu ilə yenidən anlaşdı

10.01.2025 22:55 327
Dünya futbolu
Son Hın Min “Tottenhem”də daha uzun müddət oynayacaq.

"Football-plus.az" xəbər verir ki, London” klubu koreyalı futbolçu ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytının məlumatına görə, tərəflər arasında imzalanan yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədərdi.

Son paytaxt klubunda 2015-ci ilin avqustundan oynayır. 32 yaşlı vinger bu müddət ərzində komandada 431 oyun keçirib və 169 qol vurub.